Mobil telefon

Mobil bazarın 66 faizini smartfonlar təşkil edəcək

14 Sentyabr 2014 18:58
0 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Smartfon satışlarının qlobal artım dinamikası azalsa da, bu qurğulara tələbat, xüsusilə inkişaf etməkdə olan ölkələrdə əvvəlki kimi yüksəkdir.

GSMA Intelligence (GSMA Mobil Rabitə Operatorları Assosiasiyasının bölməsi) tədqiqat firmasının proqnozuna görə, 2020-ci ilədək mobil rabitə şəbəkələrinə qoşulmaların təxminən 66 faizi smartfonların köməyi ilə həyata keçiriləcək. Hazırda ağıllı telefonların payına düşən mobil qoşulmaların sayı 2 milyardı ötür ki, bu da ümumdünya göstəricisinin 33 faiznə uyğundur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, telekommunikasiya bazarının ekspertlərinin qiymətləndirməsinə əsasən, 6 il sonra mobil şəbəkələrə 6 milyard smartfon qoşulacaq ki, bu göstərici indiki ilə müqayisədə üç dəfə yüksəkdir. Daha 3 milyard qoşulma adi mobil telefon, planşet, USB modem və routerlərin payına düşəcək.

ICTnews elektron xəbər xidməti dailycomm.ru saytına istinadən bildirir ki, hesabata əsasən, smartfon bazarında inkişaf etməkdə olan ölkələrin rolu artır. Sonuncular hələ 2011-ci ildən etibarən smartfon istifadəçiləri tərəfindən həyata keçirilmiş mobil qoşulmaların sayına görə inkişaf etmiş ölkələri ötüb. Hazırda inkişaf etməkdə olan iqtisadiyyata malik dövlətlərdə dünyanın smartfon istifadəçilərinin 66 faizi yaşayır, 2020-ci ilədək isə bu göstərici 80 faizdək artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.