Mobil telefon

Ucuz smartfonlarda da olacaq

14 Sentyabr 2014 18:05
1 Şərh     Baxış: 1 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qualcomm şirkəti ucuz smartfon və planşetlər üçün nəzərdə tutulmuş yeni Snapdragon 210 prosessorunu təqdim edib. Yeni prosessorun əsas xüsusiyyəti LTE şəbəkəyə qoşulma imkanına malik olmasıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, çip 1.1 QHs takt tezlikli 4 ARM Cortex-A7 nüvəsi və Adreno 304 qrafikasından ibarətdir. İki SİM kart, 8 meqapiksellik kamera və Full HD təsvir ölçülü videonu göstərən HD ekran (1280x720 nöqtə) dəstəyi reallaşdırılıb. Daxili modem LTE Cat.4 kateqoriyasına məxsusdur və məlumatların saniyədə 150 meqabit sürətlə qəbuluna imkan verir.

Snapdragon 210 prosessorunun daha bir funksiyası Quick Charge 2.0 texnologiyasıdır. Nəticədə smartfonu 75% daha sürətli enerji ilə doldurmaq mümkündür.

Qualcomm şirkətinin yeni prosessoru Hindistan və Çin kimi inkişaf etməkdə olan ölkələrin istifadəçilərinə LTE şəbəkəsinə giriş açacaq. Snapdragon 210 prosessoru ilə təchiz edilmiş qurğuların qiyməti 100 dolları ötməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.