Mobil telefon

WhatsApp-da az sonra möhtəşəm yenilik olacaq

2 Sentyabr 2014 11:07
21 Şərh     Baxış: 21 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar ani mesajlaşma proqram əlavəsi olan WhatsApp yenilik hazırlayır. Belə ki, smartfonlarına və planşet kompüterlərinə bu proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər.
 

Milli.Az FirstPost-a istinadən bildirir ki, WhatsApp-ın baş direktoru Yan Kum Mobile World Congress-də çıxışında pulsuz telefon zəngləri funksiyasının proqrama 2014-cü ilin ikinci rübündə əlavə olunacağını demişdi.
 

İndisə yeniliyin tətbiqinə çox az qalıb. WhatsApp-da "Hang up", "Incoming call" və "Outgoing call" funksiyaları olacaq. İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda, sonra isə Nokia və BlackBerry telefonlarında tətbiq olunacaq.
 

Yeniliyin işə salınacağı dəqiq tarix hələlik açıqlanmayıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.