Mobil telefon

Tələbələr smartfonların "kölə"sinə dönür

1 Sentyabr 2014 22:54
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Beylor Universiteti tərəfindən aparılan araşdırmadan məlum olub ki, hazırda bəzi tələbələrdə yeni asılılıq tipi - smartfon asılılığı yaranıb. Hesabata əsasən, bir sıra tələbə qızlar gündə smartfona 10 saat sərf edir. Bu, smartfon asılılığından əziyyət çəkən gənc oğlanlardan iki dəfə çoxdur. Araşdırmalar sübut edib ki, smartfondan çox istifadə tələbələrin dərsə davamiyyətinə mənfi təsir göstərir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonlardan asılılığı olan tələbələr gündə mətnli məlumatların yığılmasına təxminən 94,6 dəqiqə, elektron poçtun göndərilməsi və baxılmasına 48,5 dəqiqə sərf edir, 38,6 dəqiqə Facebook sosial şəbəkəsində, 34,4 dəqiqə internetdə və 26,9 dəqiqə musiqinin dinlənilməsində keçirir. Rəyi soruşulan tələbələrin 60 faizi gizlətmir ki, onların həqiqətən öz mobil telefonlarından asılılığı var. Onlardan bəziləri bildirib ki, telefon göz qabağında olmayanda həyəcan keçirir və narahat olur.

Tədqiqatçıların sözlərinə görə, Instagram və Pinterest kimi bir sıra əlavələr həqiqətən tələbənin smartfondan nə dərəcədə asılı olmasını göstərə bilər. Tədqiqatçı Ceyms Robertsin qənaətinə görə, telefon tələbələr tərəfindən sinifdə və ya ətrafdakıların təzyiqindən yayınmaq üçün istifadə oluna bilər. Onun fikrincə, mobil telefonlar insanları eyni anda azad və özünə tabe etməsinə görə əsl paradoksdur.

Mobil telefonun imkanları və funksiyaları artdıqca ondan asılılıq daha real problemə çevrilir, - C.Roberts qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.