Mobil telefon

Ən çox kim "selfie" çəkdirir?

30 Avqust 2014 10:00
0 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan araşdırmada 7 min nəfər iştirak edib

Məşhur bir avtomobil markasının apardığı araşdırmada Avropadakı gənclər arasında avtomobil istifadə edərkən cib telefonundan fotoşəkil çəkənlərin nisbətinin 50% olduğu təyin edilib.

Anspress-in məlumatına görə, Avropada yaşları 18-24 arası olan 7 minə qədər gəncin qatıldığı araşdırma nəticəsində, qadınlara nəzərən kişilərin sükan arxasında "selfie" çəkməyə daha meylli olduqları vurğulanıb.

Araşdırmada Avropada sükan arxasında ən çox "selfie" çəkdirənlər belə sıralanıb: "ingilislər (33%), almanlar (28%), fransızlar (28%), rumınlar (27%), italyanlar (26%), ispanlar (18%) və belçikalılar (17%)."

Mütəxəssislər sükan arxasında "selfie" çəkdirməyin 14 saniyə, sosial şəbəkə saytlarına girməyin isə 20 saniyə diqqət itkisinə gətirib çıxardığını bildirirlər. Onlar həmçinin qeyd ediblər ki, cib telefonundan sükan arxasında istifadə etmək təhlükəli bir vərdişə çevrilə bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.