Mobil telefon

Partlayışa davamlı smartfon satılacaq

30 Avqust 2014 19:09
2 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Norveçin Pixavi şirkəti ekstremal şərait üçün nəzərdə tutulmuş Impact X smartfonunu buraxıb. Aparat ATEX və IECEx təlimatlarına uyğun sertifikatlaşdırılıb, qurğunun işçi temperatur diapazonu mənfi 20°C-dən müsbət 45°C-dək təşkil edir. Smartfonun ölçüləri 150×65×12 mm, çəkisi 200 qr-dır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon 2 metr hündürlükdən yerə düşdükdə zədələnmir. Impact X smartfonu 480×800 piksel təsvir ölçülü 4,3 düymlük ekran, 8 meqapiksellik kamera və 3000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Ekran 2 millimetrlik Gorilla Glass 2 şüşəsi ilə təchiz edilib. Prosessor haqqında hələ ki informasiya yoxdur. Aparata Android 4.2.2 Jelly Bean platforması quraşdırılıb.

Aparatın qiyməti dəqiq məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.