Mobil telefon

Archos smartfon və planşetini göstərdi

31 Avqust 2014 17:17
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Berlində keçiriləcək IFA 2014 sərgisinə az müddət qalmış Archos şirkəti bir neçə yeni aparatını (Windows Phone 8.1 platforması ilə işləyən Archos 40 Cesium smartfonu və Windows Phone 8.1 platforması ilə işləyən Archos 80 Cesium Tablet planşeti) nümayiş etdirib.

Birinci qurğu təxminən 130 dollara sentyabrda, ikinci isə 215 dollara oktyabrda satışa çıxarılacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Archos 40 Cesium smartfonu 800×480 nöqtə təsvir ölçülü 4 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 200 çipi və 512 MB əməli yaddaşla təchiz olunub. Model sarı, mavi və qara rənglərdə əlçatan olacaq.

Archos 80 Cesium Tablet planşeti 1280×800 piksel təsvir ölçülü 8 düymlük ekran, həmçinin dördnüvəli Intel prosessoru ilə təchiz edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.