Mobil telefon

LG şirkəti 10 milyon G3 satmaq istəyir

29 Avqust 2014 18:58
0 Şərh     Baxış: 1 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cənubi Koreyanın LG Electronics şirkəti 2014-cü ilin mayında qabaqcıl G3 smartfonunu yerli bazara buraxıb. Bundan sonra qurğu sürətlə bir çox ölkələrdə satışa çıxarılıb. Geniş satış coğrafiyasını nəzərə alan istehsalçı 10 milyon LG G3 smartfonu satmaq niyyətindədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, LG nümayəndəsinə istinadən The Korea Times nəşri yazır ki, şirkətin bu smartfonu satış həcmi 10 milyonu ötəcək ilk cihaz olacaq. Amma şirkət bu tapşırığın yerinə yetiriləcəyi dəqiq tarixi açıqlamayıb.

IDC analitiklərinin qiymətləndirməsinə görə, 2014-cü ilin ikinci rübündə qlobal smartfon bazarında LG şirkətinin payı 4,9% təşkil edib ki, bu da Samsungun göstəricisindən beş dəfə azdır. Appleın bazar payı 11,9%, Huawei şirkətində isə 6,9% təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.