Mobil telefon

Təyyarələrdə artıq zəng vurmaq olar

29 Avqust 2014 21:37
0 Şərh     Baxış: 1 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Engadget portalı yazır ki, Avstraliyanın Qantas və Virgin Australia aviaşirkətlərinin sərnişinlərinə təyyarənin bortunda elektron qurğulardan istifadəyə icazə verilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan əvvəl Avstraliyanın Hava Nəqliyyatı Təhlükəsizliyi Agentliyi bütün uçuş müddətində cihazların söndürülməsini tələb edib, indi isə bu tələb olunmur. Ancaq qurğular yalnız uçuş rejimində işləyə bilər.

Biz əmin olmalı idik ki, telefonlar təyyarənin cihazlarına maneə yaratmır - Qantas mühəndislik xidmətinin direktoru Alan Miln deyib. Biz sınaqlara tamamilə yekun vurduqdan sonra bu nəticəyə gəlmişik ki, telefonların heç bir təsiri yoxdur.

ABŞ, Avropa və Yeni Zelandiyada aviaşirkətlər uçuş və enmə istisna olmaqla, uçuş zamanı sərnişinlərdən telefonları söndürməyi tələb etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.