Mobil telefon

Apple yenə rekord vurdu

21 Avqust 2014 23:47
0 Şərh     Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19 avqust 2014-cü il Apple üçün tarixi gün olub. Şirkətin səhmləri iPhone 6 smartfonunun relizi fonunda rekord qiymətə imza atıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hərrac gününün nəticəsinə görə Appleın səhmlərinin qiyməti 100,53 dollar təşkil edib ki, bu da bazar ertəsi ilə müqayisədə 1,4 faiz yüksəkdir. Səhmlərin hissələrə bölünməsini nəzərə alsaq, o zaman hərracın nəticəsinə görə onların dəyəri 703,71 dollar təşkil edərdi. Əvvəlki rekord 19 sentyabr 2012-ci il tarixində qeydə alınıb - o zaman iPhone 5 smartfonunun satışlarının başlanmasından iki gün əvvəl şirkətin səhmlərinin qiyməti 702,1 dollar olub.

21 sentyabr 2012-ci il tarixində Appleın səhmlərinin qiyməti ən yüksək həddə (705,72 dollar) çatıb.

Şirkətin bazar kapitallaşdırması 594 milyard dollaradək artıb ki, bu da 2014-cü ilin əvvəli üzrə göstəricidən 25 faiz azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.