Mobil telefon

Avropada 5G-yə keçir

30 İyul 2014 23:47
0 Şərh     Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya istifadəçiləri altı ildən sonra mobil şəbəkələrdə filmləri bir neçə saniyəyə yükləyə biləcək. Londonda yüksəksürətli şəbəkənin qurulması ilə bağlı planları şəhər meri Boris Conson açıqlayıb.
 

London Avropanın texnoloji mərkəzi kimi tanınır və məhz bu səbəbdən biz şəhər sakinlərini ən yaxşı rəqəmli bağlantıya çıxışla təmin etməliyik. Kommunikasiya imkanlarının yaxşılaşdırılması London infrastrukturunun inkişafı ilə bağlı planın əsas hissəsini təşkil edir, - mer qeyd edib. 

O vurğulayıb ki, 2020-ci ilədək Londonda beşinci nəsil şəbəkəsi (5G) qurulacaq. Hazırda isə Surrey Universitetinin (University of Surrey) alimləri ali təhsil ocağı nəzdində fəaliyyətə başlayan 5G Innovation Centre laboratoriyasında yeni rabitə standartı - 5G mobil rabitə standartı üzərində iş aparırlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqat qrupunun rəhbəri Rəhim Tazolli bildirib ki, Böyük Britaniya alimləri GSM (2G) standartının ərsəyə gəlməsi üçün çox şey etsələr də, 3G və 4G protokollarının yaradılmasında yetərincə fəallıq göstərməyiblər. Məhz buna görə 5G Innovation Centre laboratoriyasının yaradılmasına qərar verilib və bu təşəbbüsə Böyük Britaniya hökuməti 11,6 milyon funt sterlinq (təxminən 18,6 milyon dollar), habelə layihədə iştirak edən özəl şirkətlər, o cümlədən Huawei, Samsung, Telefonica, Rohde & Schwarz, Fujitsu və s. şirkətlər 24 milyon funt sterlinq (təxminən 38,5 milyon dollar) məbləğində maliyyə dəstəyi göstərəcəklər. 

Layihə iştirakçıları birgə səylər nəticəsində Surrey Universitetinin alimlərinin üzərində artıq uzun illərdir çalışdıqları 5G texnologiyasının mümkün variantlarını işləyib hazırlayaraq standartlaşdıracaqlar.

Standartın ilkin versiyasının hər baza stansiyasını 10Gbit/saniyə sürətində qoşulma ilə təmin etməsi, hər müştəri qurğusuna 200 Mbit/saniyə enliyində kanal verməsi nəzərdə tutulur. Layihə iştirakçılarının maliyyə qoyuluşları və şəxsi imkanları hazırlanmaqda olan işlənməyə nəzəriyyədən kənara çıxmağa imkan verəcək.

Mühəndislər standartın sonuncu versiyasını 2020-ci ilədək istifadəyə verəcəklərinə ümid edirlər. Bu şəbəkənin buraxılış qabiliyyəti 3G ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq.

2014-cü ilin iyulun əvvəlində Ericsson telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil şəbəkəsini sınaqdan keçirərək məlumatların 5 Qbit/saniyə sürətində ötürülməsinə nail olub. Bu, LTE-Advanced şəbəkəsi ilə müqayisədə 16 dəfə daha sürətlidir.

İyunda Avropa Komissiyası və Cənubi Koreya Elm Nazirliyi 5G üzərində birgə iş haqqında saziş imzalayıb. Bundan başqa, Avropa İttifaqı növbəti yeddi il ərzində yeni rabitə standartının inkişafına 700 milyon avro investisiya yatırmağa razılıq verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.