Mobil telefon

Microsoft ən ucuz smartfon göstərdi

23 İyul 2014 18:11
0 Şərh     Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün ABŞ-ın Microsoft şirkəti Windows Phone əməliyyat sistemi ilə işləyən ən ucuz aparatını - Lumia 530 modelini nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu 854×480 təsvir ölçülü 4 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 200 prosessoru, 512 MB əməli yaddaşı və 4 QB daxili yaddaş, microSD slotu və 5 meqapiksellik kamera ilə təchiz edilib. Aparata Windows Phone 8.1 əməliyyat sistemi quraşdırılıb.

Cihazın ölçüləri 120×62×11,7 mm, çəkisi isə 130 qram təşkil edir. Smartfonun avtonom iş vaxtı danışıq rejimində 10 saat və ya gözləmə rejimində 22 günədək təşkil edir. Lumia 530 smartfonu ağ, qara, yaşıl və narıncı rəngli korpuslarda satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.