Mobil telefon

Apple kəşfiyyata işləyir?

23 İyul 2014 21:55
0 Şərh     Baxış: 1 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apple şirkətinin 600 milyondan çox mobil məhsulunda sənədsiz xidmətlər mövcuddur, bu da nəticədə xüsusi xidmət orqanlarına i-qurğu sahibi haqqında informasiya əldə etməyə imkan verir. Bu haqda Nyu-Yorkda Hackers On Planet Earth (HOPE/X) konfransında çıxış edən müstəqil ekspert və tərtibatçı Conatan Zdiziarski deyib.

NerveGas niki ilə tanınan Zdiziarski tərtibatçılar cəmiyyətində ən nüfuzlu mütəxəssislərdən biridir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Zdiziarskinin araşdırmasına əsasən, hər bir iOS qurğuda onun sahibi haqda məlumat toplanılmasını asanlaşdıran fon rejimində bir neçə xidmət ('lockdownd, ' 'pcapd, ' 'mobile.file_relay, ' və 'house_arrest') işləyir. Onun sözlərinə görə, şirkət hüquq-mühafizə orqanlarının marağı naminə qurğuya giriş üçün bu xidmətlərdən istifadə edir. Bu halda, iPhone smartfonu şirkətin özü və xüsusi xidmət orqanları istisna olmaqla, başqa hakerlərdən tamamilə qorunub.

Sənədsiz xidmətlər USB, Wi-Fi və güman ki, mobil şəbəkə ilə qoşulduqda qurğunun tərkibinə tam giriş imkanı yaradır. Ekspertin sözlərinə görə, bekdorlar ünvan kitabçasını, fotoalbom, elektron poçt, SMS yazışmasını tamamilə ələ keçirməyə imkan verir.

Apple bu xidmətlər işini izah etməlidir - Zdiziarski deyib. - Mən onların təsviri üçün bekdordan yaxşı söz tapa bilməmişəm, amma mən şirkətin izahatını dinləməyə hazıram. Şirkət ekspertin sözlərinə hələ münasibət bildirməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.