Mobil telefon

Apple rekord sayda smartfon istəyir

22 İyul 2014 22:54
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
The Wall Street Journal nəşri yazır ki, Apple korporasiyası yeni smartfonların rekord sayda birinci partiyasını sifariş edib.

Məlumata görə, Apple şirkəti 2014-cü ilin sonunadək öz istehsal partnyorlarına 4.7 və 5.5 düymlük iPhone 6 modelinin 70-80 milyon nüsxəsini yığmağı xahiş edib. Müqayisə üçün, iPhone 5s və iPhone 5c telefonlarının ilkin buraxılış həcmi 50-60 milyon olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Foxconn və Pegatron 4.7 düymlük yeni "alma" telefonunun kütləvi istehsalına avqustda başlamağı planlaşdırır. Apple markasına məxsus birinci fablet yalnız Foxconn tərəfindən yığılacaq və sentyabrda bu işə başlayacaq. Hər iki qurğuda iPhone 5s smartfonunda istifadə olunan metal korpus gözlənilir.

Weibo sosial şəbəkəsinin istifadəçilərindən birinin dərc etdiyi reklam flaeri fotoşəklində iPhone 6 smartfonunun çıxarılma tarixi və qiyməti qeyd olunub. Bu informasiyaya inansaq, hər iki aparat 19 sentyabr 2014-cü il tarixində satışa çıxarılacaq. 4.7 düymlük ekranlı versiyanın qiyməti 850 dollar, 5,5 düymlük modelin qiyməti təxminən 1010 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.