Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ilin aprel-iyun aylarında Android istifadəçiləri 150 milyon proqram və oyun yükləyiblər ki, bu da birinci rüblə müqayisədə 60% daha yüksəkdir. Bu halda iPhone, iPad və iPod touch qurğularının sahibləri App Store onlayn dükanından kənar proqram təminatının quraşdırılmasını 45% artırıblar.
Gəlir nöqteyi-nəzərindən vəziyyət iOS-un xeyrinədir: ötən rüb ərzində "alma" qurğuları üçün tətbiq bazarında pul dövriyyəsi 100 milyon dollara çatıb. Android üçün məhsul seqmentində tərtibatçıların gəliri 30% yüksələrək təxminən 60 milyon dollar təşkil edib.
Gartner analitik şirkətinin məlumatına görə, 2012-ci ildə mobil tətbiqlərin 91%-i ödənişsiz olub, 2017-ci ilədək bu göstərici 95%-ə çatacaq. Ödənişli tətbiqlərin sayının azalmasına baxmayaraq yükləmələrin sayı, əksinə, artacaq.
Milli.Az