Mobil telefon

Mobil telefon savadsızlığa qarşı

22 Aprel 2014 19:39
0 Şərh     Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
YUNESKO-da savadsızlıqla mübarizə vasitəsi kimi mobil telefonlardan istifadə və oxucu dairəsinin genişləndirilməsi ilə bağlı tədqiqat keçirilib.

Müasir dünyamızda mobil telefonlar hər yerdə, həmçinin kitab çatışmazlığı hiss olunan regionlarda geniş yayılıb. BMT-nin qiymətləndirməsinə görə, hazırda 6 milyard insan kommunikasiya şəbəkələrinə qoşulmuş mobil qurğulara çıxış imkanına malikdir. Müqayisə üçün qeyd edək ki, yalnız 4,5 milyard insan tualetdən istifadə imkanına malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, kommunikasiya texnologiyalarının inkişafı savadsızlıqla mübarizədə uğurların azalması fonunda müşahidə olunur.

Belə ki, 1990-dan 2000-ci ilədək savadsızların sayı 12% azaldığı halda, 2000-ci ildən indiyədək yalnız 1% azalıb.

Kitab qıtlığı savadlılığın yayılması yolunda əsas maneələrdən biri olaraq qalır.

Mobil rabitə dövründə mütaliə adlı yekun hesabatda aşağı savadlılıq səviyyəsinə malik ölkələrdə ucuz mobil qurğulardan istifadə ilə bağlı tövsiyələr diqqətə çatdırılıb. Onların hədəfi oxucu dairəsini genişləndirməkdir.

YUNESKO-dan bildirilib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) həmişə savadlılığın yayılmasında aparıcı rol oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.