Mobil telefon

Mobil telefonlara hücumlar artır

19 Aprel 2014 19:16
0 Şərh     Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Antivirus ekspertləri ilin əvvəlində mobil qurğular üçün yeni təhlükələrin yaranmasını və internetdə anonim işləməyə imkan verən Tor proqramı istifadəçilərinin sayının kəskin artmasını qeyd ediblər. Bu barədə Kasperski Laboratoriyası şirkətinin mətbuat xidmətindən bildirilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, belə ki, şirkətin məlumatına görə, üç ay ərzində istifadəçilərin kompüter və mobil qurğularına qarşı həyata keçirilmiş 1,13 milyard hücum, həmçinin 353 milyon onlayn hücum bloklanıb. Göstərilmiş müddət ərzində 110 mindən çox yeni mobil zərərli proqram təminatı qeydə alınıb və bank hesablarından pulun oğurlanması üçün nəzərdə tutulmuş zərərli proqramların həcmi təxminən iki dəfə artıb. "Belə proqramların köməyi ilə həyata keçirilmiş hücumların təxminən 89%-i rusiyalı istifadəçilərin payına düşür", - şirkətdən bildirilib. 

Kasperski Laboratoriyasının məlumatına görə, Tor anonim brauzerindən yalnız fərdi məlumatların oğurlanmasının qarşısını almaq üçün deyil, həm də cinayətkar məqsədlər üçün istifadə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.