Mobil telefon

GPS-in alternativi yaradılır

29 Mart 2015 22:35
0 Şərh     Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyindən (DARPA) bildirilib ki, onlar yeni qlobal məkan təyinetmə sistemi üzərində işə başlayıblar: yeni həll ənənəvi GPS sistemini əvəz edəcək. Texnologiya daha sabit, etibarlı və enerji səmərəli olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, müasir GPS texnologiyası mükəmməl işləmir: istifadəçilər çox vaxt peykdən gələn zəif siqnalla bağlı yeri düzgün təyin edə bilmirlər. Bu, adi insanlar üçün əksər hallarda böyük problem olmasa da, hərbi əməliyyatlar zamanı belə hal kritik nəticələrə gətirib çıxara bilər.

DARPA tərəfindən yaradılmış yeni texnologiya radio maneələr, ölü zonalarla bağlı problemləri aradan qaldırmağa imkan verəcək. Yeni nəsil yüksək dəqiqlik naviqasiyası eyni anda bir neçə məkan təyinetmə sistemindən istifadə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.