Mobil telefon

Samsung smartfonları gözü seçəcək

29 Mart 2015 21:55
0 Şərh     Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cənubi Koreyanın Samsung şirkəti mobil qurğu istifadəçilərinin eyniləşdirməsini gözün qüzehi qişasının skan edilməsi yolu ilə həyata keçirməyə imkan verən Iris on the Move (IOM) texnologiyasını lisenziyalaşdırıb.

Yeni biometrik texnologiya Stenford Elmi Tədqiqat İnstitutu, müxtəlif innovasiyalı layihələrlə məşğul olan ABŞ-ın qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb.

İstehsalçı bəyan edib ki, Iris on the Move texnologiyası barmaq izinin qeydə alınması üçün smartfonlarda tətbiq edilən daktiloskopik sensorlarla müqayisədə 1000 dəfə daha yüksək dəqiqliyi təmin edir. Samsung Galaxy Tab Pro 8.4 aparatı gözün qüzehi qişasının skanerinə malik ilk cihaz olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin mini-kompüteri 2560x1600 piksel təsvir ölçülü 8,4 düymlük ekran, 2.3 QHs takt tezlikli dördnüvəli Snapdragon 800 prosessoru, 2 QB əməli yaddaş, 32 QB-lıq fləş modul, 2 və 8 meqapiksellik matrislə təchiz edilmiş kameralar, Wi-Fi a/b/g/n/ac və Bluetooth 4.0 simsiz şəbəkə adapterləri, həmçinin GPS/GLONASS qəbuledicisi ilə təchiz edilib.

Sözügedən model aprelin 17-də təhlükəsizlik məsələlərinə həsr edilmiş ISC West 2015 konfransında nümayiş etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.