Texnologiya

iPhone 5 yeni rekord vurdu

24 Sentyabr 2012 19:48
0 Şərh     Baxış: 3 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, sentyabrın 14-də iPhone 5-in ön sifarişləri 2 milyonu keçərək rekord nəticə nümayiş etdirmişdi.

Sentyabrın 21-də smartfon açıq satışa çıxarılandan sonra isə satılmış iPhone 5-lərin sayı 5 milyonu keçib.

iOS 6 əməliyyat sistemi isə artıq 100 milyon cihazdadır.

iPhone 5 ilk olaraq ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Britaniya, Honkonq, Yaponiya və Sinqapurda satışa çıxarılmışdı.

Sentyabrın 28-də smartfon daha 28 ölkədə satılmağa başlayacaq, ilin sonuna qədər bu ölkələrin sayı 100-ə çatdırılacaq.

Ekspertlərin hesablamalarına görə, iPhone 4 S ilə müqayisədə iPhone 5 iki dəfə çox satılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.