Texnologiya

iPhone xəstəliyi: telefona belə pərəstiş normaldır? - VİDEO - FOTO

21 Sentyabr 2012 10:58
0 Şərh     Baxış: 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, yeni smartfonun satışları ilk əvvəl ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Sinqapur, Britaniya və Honkonqda başlanıb.

Sentyabrın 28-də iPhone 5 daha 22 ölkədə satılmağa başlayacaq, ilin sonuna qədər isə 100-dən artıq ölkədə istəyənlər bu smartfonu ala biləcəklər.

"Apple" korporasiyası satışın ilk 10 günündə 10 milyon, ilin sonuna qədər isə 46 milyondan çox iPhone 5 satmaq fikrindədir.
ABŞ-da mobil rabitə operatoru ilə 2 illik müqavilə bağlandığı zaman iPhone 5-in qiyməti yaddaşın həcmindən asılı olaraq 199-399 dollardır.

Adi satışda isə smartfon 649-849 dollara satılacaq.

Satışların başlanması ilə bağlı olaraq dünyanın müxtəlif şəhərlərində iPhone 5 üçün növbələr vardı. Çoxları iki sutka əvvəl dükanın qarşısında kətil və ya kreslo qoyaraq oturmuşdular.
İlk sıradakı yerlər isə 5 min dollardan satılırdı.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.











































Fotolar: Stockpix, Wenn, SWNS

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.