Kulinariya

Heyva keksinin asan HAZIRLANMA QAYDASI

19 May 2017 07:00
11 Şərh     Baxış: 3 498

Milli.Az lent.az-a istinadən evdar xanımlara heyva keksinin hazırlanma qaydasını təqdim edir. Xüsusən də heyva sevənlər bu dadı çox bəyənəcək. Üstəlik hazırlanması da çox asandır.

Lazım olan ərzaqlar:
 
200 qr. yumşaq marqarin
1 su stəkanı pudra şəkəri
5 yumurta
1 paket qabartma tozu
1 paket buğda nişastası
1 su stəkanı un
2 orta boy dilimlənmiş heyva (az şəkərdə bişmiş)
1 qəhvə fincanı pudra şəkəri (bəzəməyi üçün)
 
Hazırlanması:
 
200 qr otaq istiliyindəki marqarin ilə bir su stəkanı pudra şəkəri çırpın. Sonra 5 yumurtanı tək-tək içinə əlavə edin. Çırpmağa davam etdiyiniz bu qarışıma qabartma tozu, buğda nişastası və un əlavə edin. Bu qarışımı yağlanmış bir qaba tökün. Üzərinə az şəkər ilə bişmiş heyva dilimlərini düzün. Əvvəldən isitdiyiniz sobada 175 dərəcədə təxminən 45 dəqiqə bişirin. Keks soyuyandan sonra pudra şəkəri səpin.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

11 Şərh:

  • Anonim
    SEVA TOVUZ · 19 May 07:5144

    Sabahiniz xeyirle acilsin...qizlar bu ser kimindir bilmirem ama cox xosuma gelir...yazirki vaxtinda vermedin indi neynirem isteyirsen goyden lel ele dunya...cox superdir

    Cavab yaz
    • Anonim
      ........ · 19 May 10:1821

      Allah seni guldursun.ne ise.

      Cavab yaz
    • Anonim
      )))) · 19 May 11:2010

      Ay seva bu weirin muellifi Elzadi?

      Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 19 May 07:5110

    Hazirlaya bilerem bundan...

    Cavab yaz
    • Anonim
      SEVA bilirəm · 19 May 11:3411

      əl qabiliyyətin superdi.o şe'rədə fikir vermə.....heyva mürəbbəsi ən çox sevdiyim mürəbbələrdəndi.(ləhcəmizdəki kimi yazıram)bilirəm sezonu deyil.yəqinki evinizdə olar.(olmasada qonşudan borc alıb stola qoya bilərsən.gülüş)qonaq istəsən ALTINAYI,yoldaşını,balaca balaca cocuqları da götürüb bir yerdə gələ bilərik.özü də necə????bir də qonaq çağırmazsan.gülmək üçün yazdım.mən sənin çöhrəndə ancaq gülüş görmək istəyirəm.demək....nəysə.....cümə günümüz mübarək.xoş arzular diləyi ilə.....

      Cavab yaz
  • Anonim
    asi · 19 May 08:4246

    Hamıya salam...Xoşladım, yaxşı reseptdi..Heyva ilə keks hazırlamamışdım, yenilik oldu))...Pudra şəkəri trafret üzərində səpəndə qəşəng görsənir...Kağızdan istədiyiniz formalı trafret düzəldib onu qoyun keksin üzərinə üstə pudra səpin.Sonra kağızı ehtiyatla götürün, keksin üzərində kəsdiyiniz naxış qalacaq pudradan)..Əvvəllər yeni ildə çox kəsirdik qar dənəciyikləri kağızla))....Birdə naxışları deşiklərlə olan müxtəlif cür salfet kimi hər nədirsə, ondan satılır))Onunlada cox gözəl şəkil alınır..Adətən güldanların altına sərirlər, kiçik olur).

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 19 May 09:5213

    Heyvalar iri-iri doqranib belke xirda olsa yaxsidir göruntu olaraq nəfsimi cekmedi.

    Cavab yaz
  • Anonim
    ☆..SeadeT..☆ · 19 May 10:2710

    Sabahınız xeyir olsun . ! Cüme gününüz mübarek. !

    Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 20 May 10:2410

    Salam Sabahiniz xeyir Eziz Moderator ve xanim werhciler.Gununuz xow,menali,sevincli,wad kecmesini arzulayiram.

    Cavab yaz
  • Anonim
    ATEŞGAH♨SUGORTA. · 6 İyun 14:5900

    .

    Cavab yaz
  • Anonim
    Atəşgah♨Sığorta  · 6 İyun 15:0100

    .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.