Kulinariya

Kökəltməyən salat

19 Aprel 2017 07:00
5 Şərh     Baxış: 4 367

Milli.Az lent.az-a istinadən xanımları ispanaq salatının resepti ilə tanış edəcək.

Ərzaqlar:
 
Yarım kilo ispanaq
Yarım çay stəkanı küftəlik bulqur
Yarım çay stəkanı isti su
Yarım dəstə şüyüd
1-2 ədəd təzə soğan
Yarım çay stəkanı doğranmış qoz
 
Sous üçün:
 
Yarım xörək qaşığı soya sousu
1 xörək qaşığı sirkə
2-3 xörək qaşığı nar şərab
Yarım limon suyu
1 xörək qaşığı zeytun yağı
Duz, istiot
Yarım nar 
 
Hazırlanması:
 
Küftəlik bulquru yumşalana qədər isti suda saxlayın. Doğranmış ispanaq, şüyüd və soğanı bulqurla qarışdırın. Qoz əlavə edib qarışdırın. Sous üçün lazım olan ərzaqları yaxşıca çırpın. Salatı servis qabına boşaldın, sousu da töküb qarışdırın. Üzərinə nar səpərək servis edə bilərsiniz.
 
İstəsəniz, salatın üstünə qreypfrut və portaqal da qoya bilərsiniz.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    asi · 19 Aprel 08:3941

    Valla Milli.az halal olsun sizə..5 günlük diyetadan sonra nəhayət ki, bir dənə kökəltməyən salat verdiz))...

    Cavab yaz
    • Anonim
      )))) · 19 Aprel 11:3400

      Narahat olmayin, sanitar gunleri idi, yaz geldi, indi burada her wey yawil rengdedir)

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Aprel 11:5035

    Heccc xosuma gelmedi, bulqur neye lazimdi??/ Xosuma gelmir, esgerler yeyire perlova ona oxsayir, dadsiz tamsiz, bu gunki menyu xosuma gelmedi.

    Cavab yaz
  • Anonim
    Y · 19 Aprel 14:5300

    Ela

    Cavab yaz
  • Anonim
    · 7 May 12:4900

    Bulqur cox xeyirlidi mede bagirsagin ve seker xesteleri ucun ela qidadi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.