Kulinariya

Limonlu keks - ASAN RESEPT

12 Aprel 2017 07:00
17 Şərh     Baxış: 9 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən limonlu keksin hazırlanma qaydasını təqdim edir. Hazırlanması asan və rahatdır. Dadı da xoşunuza gələcək.

Ərzaqlar:
• 5 yumurta
• 5 qəhvə fincanı şəkər
• 5 qəhvə fincanı un
• 1 qəhvə fincanı limon suyu
• 1 limon qabığı rəndəsi
• 1 paket vanil
• 1 paket qabartma tozu
 
Krem üçün:
 
• 2 yumurta
• 2 xörək qaşığı un
• 4 şorba qaşığı şəkər tozu
• 1/2 kq süd
• 1 paket vanil
• 1 paket krem şanti
 
Hazırlanma qaydası:
Keks üçün lazım olan ərzaqları qarışdırıb mikserlə çırpın. Xəmiri yağlanmış, unlanmış qəlibin içinə tökün və orta istilikdə sobada bişirin. Keks soyuduqdan sonra krem şanti hazırlayın və üzərinə çəkin.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.