Kulinariya

Lahmacunu evdə özünüz bişirin - HAZIRLANMA QAYDASI

5 Aprel 2017 07:00
16 Şərh     Baxış: 8 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəqin ki, lahmacunu sevməyən çox az adam tapılar. Bəs bu ləzzətli təamı evdə hazırlmağa nə deyirsiniz? Həm daha sağlıqlı və ləzzətli olacaq, həm də tez hazırlanacaq. Milli.Az lent.az-a istinadən ən praktik lahmacun reseptini təqdim edir.

Ərzaqlar:
 
7-8 ədəd lavaş
300 qram az yağlı qiymə
3 ədəd rəndələnmiş pomidor
2 ədəd yaşıl bibər
1 ədəd quru soğan
1/3 dəstə cəfəri
Yarım stəkan duru yağ
Duz, qara bibər, pul bibər, razyana, yarım qaşıq bibər tomatı
 
Hazırlanma qaydası:
 
Cəfəri, soğan və bibəri nazik doğrayın. Digər ərzaqlarla birlikdə qarışdırın. Hazırlanan içliyi lavaşların üstünə yayın.
 
200 dərəcədə əvvəldən qızdırılmış sobada bişirin.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.