Kulinariya

Şokoladlı tortun HAZIRLANMA QAYDASI

3 Aprel 2017 07:00
26 Şərh     Baxış: 9 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şokoladlı tortu sevməyən yoxdur yəqin. Milli.Az lent.az-a istinadən şokoladlı tort reseptini təqdim edir. Dadından doymayacaqsınız.

Ərzaqlar:
 
- 4 dənə yumurta
- 4 qaşıq şəkər
- ½ stəkan pudra şəkəri
- 3 qaşıq kərə yağı
- 2 stəkan un
- 3 qaşıq kakao
- Qabartma tozu
 
Krem üçün lazım olan ərzaqlar:
 
- 4 stəkan süd
- 5 qaşıq şəkər
- 4 qaşıq kakao
- 3 qaşıq un
- 2 qaşıq buğda nişastası
- 3 qaşıq kərə yağı
 
Hazırlanması:
 
Əvvəlcə tortun keksini hazırlayaq. Yumurtaların ağını və sarısını ayırın. Ağını şəkər tozu ilə birlikdə bir qabda krem ​​kimi olana qədər qarışdırın.
 
Başqa bir qabın içində unu ələyib üzərinə qabartma tozu, pudra şəkəri və kakaonu əlavə edib qarışdırın. Sonra yumurta sarıları ilə qarışdırın. Ardınca üzərinə yumurta ağı qarışımını əlavə edin. Yavaşca qarışdırın. Keks qəlibinə tökün və üzərini düzəldin.
Əvvəldən 170 dərəcədə isitdiyiniz sobada 20 dəqiqəyə bişirin.
 
Sıra gəldi kremi hazırlamağa. Süd, kakao, şəkər, un, yumurta sarısı və buğda nişastasını bir qazana tökün. Mikserlə qarışdırdıqdan sonra qazanı ocağın üstünə qoyun. Davamlı qarışdıraraq, təxminən 10 dəqiqə bişirin. Krem formasına düşdüyünü görəcəksiniz. Kremin altını söndürdükdən sonra kərə yağını əlavə edin. Qarışdırın ki, əriyib bir-birinə yaxşı qarışsın.
 
Keks soyuyandan sonra iki hissəyə bölün. Bir qatın üzərinə krem çəkin. Üzərinə keksin ikinci qatını qoyun və təkrar krem​ləyin.
 
Soyuducuda yarım saat gözlətdikdən sonra çıxarıb istədiyiniz kimi bəzəyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.