Kulinariya

Meyvəli tort RESEPTİ

15 Mart 2017 07:00
40 Şərh     Baxış: 17 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən evdə asanlıqla hazırlaya biləcəyiniz meyvəli tort respti təqdim edir. Dadından doymayacaqsınız.

Ərzaqlar:
 
4 dənə yumurta
1 stəkan buğda nişastası
1 stəkan su
1 stəkan şəkər tozu
2 paket vanil
1 paket qabartma tozu
1 stəkan un
Banan
Çiyələk (meyvələri istəyə görə seçə bilərsiz)
 
Kremi üçün:
 
1 stəkan şəkər
5 stəkan süd
1 qaşıq kərə yağı
1 stəkan nişasta
2 paket vanil
1 stəkan un
 
Hazırlanması:
 
Krem hazırlamaq üçün qazana süd, şəkər, un və nişastanı töküb bişirin. Daha sonra içinə kərə yağı və vanil əlavə edib 5 dəqiqə mikserlə çırpın. Kremi soyumağa qoyun.
 
Digər qabda yumurtaları və şəkər tozunu köpüklənənə qədər 10 dəqiqə mikserlə çırpın. Qalan ərzaqları da qatıb çırpın. Yağlı kağız sərdiyiniz qəlibə boşaldın. Əvvəldən isitdiyiniz sobada 150 dərəcədə bişirin. Sobadan çıxardığınız keksin üzərinə nəm parça örtüb soyumağa qoyun.
 
Çiyələk və bananı doğrayın. Soyuyan keksi qəlibdən çıxardıqdan sonra iki yerə ayırın. Birinci qatın üzərinə krem ​​sürtüb banan və çiyələk dilimlərini düzün, üstünə ikinci qatı qoyun. Qalan kremi tortun üstünə və ətrafına çəkin, çiyələklə bəzəyin. Bir az soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.