Kulinariya

Fındıqlı-şokoladlı peçenye

24 Fevral 2017 07:00
100 Şərh     Baxış: 7 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az fındıqlı-şokoladlı pasta və qat-qat xəmirdən peçenyenin hazırlanma qaydasını təqdim edir

Tərkibi (30 ədəd): 

500 q hazır qat-qat xəmir

11 x.q. fındıqlı-şokoladlı pasta ("Nutella")

0.5 st. xırda doğranmış qoz (yaxud fındıq və s.)

6 x.q. şəkər pudrası (yaxud tozu)

Sobanı 220 dərəcə qızdırın. Formanı yağlayın. 

Xəmirin donunu açın. Azca un səpilmiş masada 25x20 sm ölçüdə yayın. Üzərinə fındıqlı-şokoladlı pasta (məsələn, "Nutella") çəkin. Xırdalanmış qoz səpin (sevmirsinizsə, bu mərhələni ötürə bilərsiniz).

Sonra enli tərəflərdən üz-üzə olmaqla rulet kimi bükün. Orta hissəsini su ilə yaşlayın. İti bıçaqla 1 sm qalınlıqda dilimlərə doğrayın. Əgər xəmir çox yumşaqdırsa, onu doğramaq bir az çətin olacaq. Bu səbəbdən ruleti bir müddət dondurucuda saxlasanız, işiniz asanlaşar. Peçenyelər də daha səliqəli alınar. 

Formaya yığıb üzərinə şəkər tozu səpin. 

10-15 dəqiqə bişirin. 

Bu peçenyelərə formasına görə "qulaq" da deyirlər. Yuxarı hissələrini azca dartıb, aşağısını da sıxmaqla isə ona ürək forması da vermək olar.

Nuş olsun! 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.