Kulinariya

Butulkada tiramisu - FOTO

20 Fevral 2017 07:00
116 Şərh     Baxış: 7 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az butulkada tiramisunun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

250 q maskarpone

50 q şəkər tozu 

250 ml qaymaq 

6 ədəd savoyardi peçenyesi 

2 yumurta 

200 q giləmeyvə 

200 ml qəhvə 

500 q südlü şokolad

Yumurta sarılarını şəkər tozu ilə çalın. 

Yumurta ağlarını isə qaymaqla və maskarpone ilə çalın. Sonra hər iki kütləni bir-birinə qatın. 

İki plastik butulkanın yuxarı dar hissəsini kəsin, bir növ uzun badə kimi.

Sonra isə bu "badə"lərin divarının bir tərəfini kəsin, şəkildə göstərilən qaydada birləşdirin. 

Formanın yarısınadək kremi tökün. Kənarlarına giləmeyvə düzün. 

Savoyardi peçenyelərini qəhvəyə batırıb giləmeyvənin üstündən düzün. Kremin qalanını çəkin, kənarlarına giləmeyvə düzüb peçenyenin qalanını qəhvəyə batıraraq düzün. 

Soyuducuda 3 saat saxlayın. Onu formadan çıxarmaq üçün sadəcə butulkaların kənarlarından tutub əks istiqamətdə çəkmək lazımdır. 

Şokoladı su hamamında əridib desertin üzərinə çəkin. Giləmeyvə ilə bəzəyin.

Nuş olsun! 

resept: sovkusom.ru

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.