Milli.Az südlü fındıq şorbasının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
3 x.q. bitki yağı
2 x.q. un
3 st. süd
2 st. su
2 x.q. xırda vermişel
2 x.q. çəkilmiş fındıq
0.5 ç.q. duz
0.5 ç.q. istiot
üzərinə:
2 x.q. kərə yağı
1 x.q. pul bibər
Unu dərin qazanda bitki yağı ilə qovurun. Südlə su əlavə edib qarışdıraraq qaynara düşüncə bişirin.
Vermişellə xırdalanmış fındığı qatıb qarışdıraraq bişirin. Duz-istiot vurun.
Ayrı bir tavada pul bibəri kərə yağında qovurun. Süfrəyə verərkən şorbanın üzərinə qovrulmuş istiotu gəzdirin.
Nuş olsun!
resept: "Sofra" dərgisi
Milli.Az