Kulinariya

Merengi və şokoladla alma deserti - FOTO

1 Fevral 2017 07:00
81 Şərh     Baxış: 5 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az merengi və şokoladla alma desertinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (2-4 pay): 

2 alma
8 dilim tünd şokolad
8 ədəd təmizlənib qovrulmuş araxis 
2 yumurtanın ağı
3 x.q. (üstsüz) şəkər tozu
şəkər pudrası
limon şirəsi

Almaları yuyub ortadan bölün. Üzərinə limon şirəsi çəkin. Cecəyini çıxarın. 

Formanın içinə perqament döşəyib almaları içinə yığın. Cecənin yerindəki çuxura 2 dilim şokoladla 2 araxis qoyun.

200 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə, almalar yumşalınca bişirin. 

Yumurta ağlarını şəkər tozu ilə möhkəm çalın. Yəni qaşıqla götürüb tərsinə çevirəndə axmamalıdır. Azca turş olması üçün çalarkən 1 çimdik limon duzu qata bilərsiniz.

Bezeni qənnadı torbasına yığıb almaların üzərinə sıxın. Yenidən sobaya qoyub merengi qızaranadək bişirin. 
 
Bezenin qalanını perqamentin üzərinə sıxıb balaca merengilər bişirə bilərsiniz.

Süfrəyə verərkən desertin üzərinə şəkər tozu səpin.

Nuş olsun! 

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.