Kulinariya

Unsuz zərif peçenye - FOTO

21 Yanvar 2017 07:00
171 Şərh     Baxış: 7 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az cəmi üç ərzaqdan ibarət unsuz peçenyenin hazırlanma qaydasını təqdim edir

Tərkibi (8-10 ədəd): 

120 q şəkər tozu
250 q qoz
3 yumurtanın ağı

Qozu blenderdə ovuntuq halınadək xırdalayın. Qoz əvəzinə fındıq, badam, fıstıq, araxis və s. götürə bilərsiniz. 

Yumurta ağlarını mikserin ən yuxarı sürətində köpüklənincə çalın. 

Aramla şəkər tozu qatıb köpük parıldayınca çalın. 

Xırdalanmış qozu qatıb qaşıqla aşağıdan yuxarıya doğru ehtiyatla qarışdırın. 

Siniyə perqament döşəyin.  Qaşıqla kütlədən götürüb siniyə düzün. 

150 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. 

Sinidə tam soyutduqdan sonra süfrəyə verə, yaxud bankada və ya qutuda saxlaya bilərsiniz. 

Nuş olsun!

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.