Kulinariya

Ən asan xama piroqu - FOTO

19 Yanvar 2017 07:00
103 Şərh     Baxış: 9 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xama ilə dadlı piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

xəmir:

200 q dondurulmuş kərə yağı

1 yumurta

1,5 ç.q. qabartma tozu

300 q un

0,5 st. şəkər tozu

iç: 

500 ml yağlı xama (ən az 20%)

4 yumurta

2 paket vanilli şəkər tozu

4 x.q. şəkər tozu

Kərə yağını əvvəlcədən dondurucuya qoyub soyutmaq lazımdır. Donmuş yağı sürtgəcin iri gözündən keçirin. Yumurta, şəkər tozu, ələnmiş un və qabartma tozu əlavə edib əlüstü xəmir yoğurun, kündələyib 10 dəqiqə saxlayın. 

Kənarları açılan formanı yağlayın. Xəmiri 0.5 sm qalınlıqda yayıb formanın içinə döşəyin, kənarlarını qaldırın. 

İç üçün olan ərzağı qarışdırıb çalın (mikserə gərək yoxdur, eynicinsli olsun, yetər).  

İçi xəmirin üzərinə tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. 

Hazır piroqu tam soyudun. 

Nuş olsun!

Milli.Az

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.