Kulinariya

Ovçu kolbasası və kartofla küpədə raqu - FOTO

18 Yanvar 2017 07:00
46 Şərh     Baxış: 6 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ovçu kolbasası, kartof və göbələklə küpədə dadlı xörəyin hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 küpə üçün): 

1 kq kartof

6 ovçu kolbasası

2 baş soğan

200 q şampinyon

1 st. xama

700 ml bulyon

1 ç.q. şirin paprika

bitki yağı (qızartmaq üçün)

duz

dənəvər istiot

göyərti

dəfnə yarpağı

Kartofu təmizləyib orta boy kubik doğrayın. Bitki yağında azacıq qovurun. 

Soğanı xırda doğrayıb göbələklə birlikdə qovurun. 

Kolbasanı fal-fal doğrayın. 

Küəpələrə lay-lay düzün: göbələklə soğan + ovçu kolbasası + kartof. Xamanı bulyonla qarışdırıb duz, istiot qatın, küpələrə tökün. Sevirsinizsə, hər küpəyə 1 dəfnə yarpağı da qoya bilərsiniz.

Soyuq sobaya qoyub temperaturu 150 dərəcəyə ayarlayın. 1 saat bişirin. 

Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpin. 

Nuş olsun! 

Milli.Az

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.