Kulinariya

Panir

16 Yanvar 2017 07:00
105 Şərh     Baxış: 5 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az hindlilərin pendir hazırlamaq qaydasını təqdim edir​

Panir deyilən bu pendirin hazırlanması cəmi 30 dəqiqə vaxt aparır. Hindlilər onu müxtəlif vegetarian karrilərə əlavə edir, qəlyanaltıda yeyir, yaxud da kipr halumisi kimi qıpqırmızı qızardırlar. 

Tərkibi (300-400 q pendir üçün): 

2 l süd

1-2 limonun şirəsi

Kənd südü yoxdursa, panirin hazırlanması üçün qısa müddətli pasterizə edilmiş süd götürün, ultrapasterizə edilmiş süd yaramayacaq, çünki "çürüməyəcək".

Südü qazana töküb orta itilikli ocaqda arada qarışdıraraq isidin. Üzərində buxar əmələ gələndə, balaca qabarcıqlar çıxıb qaynara düşmək istəyəndə sürətlə qarışdıraraq limon şirəsi əlavə edin. Bu zaman süd çürüyüb yaşılımtıl-sarı ayranı çıxacaq. Əgər çürümədisə, bir qədər də limon şirəsi qatın. Sonra bir də ehtiyatla qarışdırıb kəsmik kütləsi bir yerə toplandıqdan sonra ocaqdan götürün, qapağını bağlayıb 5 dəqiqə saxlayın. 

Kəfkirlə kəsmiyi qazandan çıxarıb içinə iki qat cuna döşənmiş ələyin içinə tökün. Cəld suyun altına salıb yuyun ki, limonun turşluğu getsin, sonra isə sıxın. 

Bu mərhələdə kəsmikli pendir alınır. Amma onu bərk də etmək olar. 

Panirin içində olduğu cunanı səliqə ilə sıxın. Üzərinə yük qoyun. Ən azı 30 dəqiqə - 1 saat yükün altında saxlayın. 

Nuş olsun!

Milli.Az

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.