Kulinariya

Mərciməklə balıq salatı

9 Yanvar 2017 07:00
179 Şərh     Baxış: 4 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az mərciməklə balıq salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay): 

sous:

2 x.q. balzamik sirkə

6 x.q. zeytun yağı

duz

qara istiot

salat: 

200 q qəhvəyi, yaxud yaşıl mərcimək

150 q tilapiya filesi

200 q çerri pomidoru

150 q şampinyon

1 avokado

kahı

reyhan (bəzək üçün)

Sous üçün ərzağı bir bankaya yığın, qapağını bağlayıb çalxalayın. 

Mərciməyin üzərinə soyuq su töküb ocağa qoyun. Qaynara düşəndən sonra 20 dəqiqə bişirin. Ocaqdan götürüb süzün, soyudun. 

Tilapiyanı qaynayan suda 3-5 dəqiqə bişirin (bişmə vaxtı filenin qalınlığından asılıdır). Çıxarıb soyudun, iri tikələrə doğrayın. 

Şampinyonları fal-fal doğrayın, çiy sevmirsinizsə, qızardın.

Mərcimək, çerri pomidorları, doğranmış avokado, şampinyonu bir qaba yığın. Sousdan 1-2 x.q. ayırıb qalanını salatla qarışdırın (çalışın avokado əzilməsin). 

Kahı yarpaqlarını buluda düzün. Üzərinə salatı təpələmə yığın. Balıq tikələrini düzüb üzərinə sousun qalanını gəzdirin, reyhanla bəzəyin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.