Kulinariya

Vafli ilə sosiska kotletləri - FOTO

4 Yanvar 2017 07:00
27 Şərh     Baxış: 5 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az vafli, sosiska və kartofdan kotletlərin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 bağlama tort üçün vafli
0,5 kq sosiska
1 yumurta
5 kartof
duz
bitki yağı

Kartofu təmizləyib suda bişirin, duz qatıb püre halına salın. Kərə yağı da qata bilərsiniz. Püre quru olmamalıdır, əks halda vafli layı qırıla bilər.

Vafli layının üzərinə qaynar kartof püresini çəkin. İki dəqiqə saxlayın, vafli layı yumşalsın (amma diqqət edin, lap yumşalıb əzilib-tökülməsin). 

Sosiskaları enli tərəfdən kartofun üzərinə düzün, rulet kimi bükün. 

Ruleti 3 sm enində doğrayın. 

Yumurtanı çalın, azca duz vurun. 

Rulet dilimlərini yumurtaya batırıb bitki yağında hərtərəfli qızardın. 

Süfrəyə isti-isti verin. Üzərinə sürtgəcdən keçirilmiş pendir və doğranmış göyərti səpə bilərsiniz. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.