Kulinariya

Kəsmikli "döşək"

3 Yanvar 2017 07:00
73 Şərh     Baxış: 6 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kəsmikli ikirəngli piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

xəmir:

5 yumurta
200 q un 
180 q şəkər tozu
1 ç.q. qabartma tozu
125 q bitki yağı
3 x.q. kakao
125 ml su
duz

kəsmikli kütlə:

500 q kəsmik
1 paket vanilli pudinq 
100 q şəkər tozu

Unu kakao və qabartma tozu ilə birlikdə ələyin. 

Yumurta sarılarını şəkər tozunun yarısı ilə çalın. Yağla suyu qatıb qarışdırın. 

Yumurta ağlarını şəkər tozunun qalanı ilə köpüklənincə çalın. Yumurta sarılarına əlavə edin. Kakao-un qarışığını qatın. 

Xəmiri yağlanmış formaya tökün. 

Kəsmikli kütlə üçün olan ərzağı qarışdırın. Konditer torbasına yığıb formadakı şokoladlı xəmirin üzərində şəbəkə çəkin. 

180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Bişib-bişmədiyini çöplə yoxlayın. 

Kəsmikli kütlə şokoladlı xəmirin içinə batır, şokoladlı xəmir isə şişib qalxır, ikirəngli piroq alınır. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.