Kulinariya

Şəkərsiz şokoladlı tort

1 Yanvar 2017 07:00
43 Şərh     Baxış: 6 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az şəkərsiz şokoladlı tortun hazırlanma qaydasını təqdim edir

Pəhriz saxlayanlar  və şəkər xəstələri üçün fərqli bir ləzzət olan şokoladlı tortun siz də dadına baxa bilərsiniz. əmin edirik ki, çox bəyənəcəksiniz. 
 
Tərkibi: 

2 ədəd banan
1/2 stəkan alma püresi
1/4 stəkan kokos yağı
2 yemək qaşığı kərə yağı
2/3 stəkan kakao tozu
1/2 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı soda
1/2 çay qaşığı dəniz duzu və ya normal duz
 
vanilli keks:

198 qram banan
3 yumurta
2 yemək qaşığı hindqozu südü və adi süd
1/2 stəkan badam yağı və ya kərə yağı
1 çay qaşığı vanil
 
çiyələk sousu üçün:
 
1 yarım stəkan qoz
1 stəkan ikiyə bölünmüş çiyələk
1 stəkan kərə yağı və ya kokos yağı
1 çay qaşığı vanil
1/2 çay qaşığı ağcaqayın siropu
 
Şəkərsiz şokoladlı keksin hazırlanması:
 
Şokoladlı keksi hazırlamazdan əvvəl sobanı 350 dərəcə qızdırın. Bananları, alma püresi, kokos yağı ilə kərə yağını mikserdə yaxşıca qarışdırın. Kakao tozu, qabartma tozu, soda və duzu əlavə edin. Qabarana qədər qarışdırın. Soba tavasını yağlayıb xəmiri oraya tökün. 25-30 dəqiqə bişirin, tavadan çıxararkən soyumasını gözləyin.
 
Vanilli keksi hazırlamaq üçün banan, yumurta və badam yağını mikserdə yaxşıca qarışdırın. Hindqozu südü, qabartma tozu və vanil əlavə edib qarışdırın. Soba tavasını yağlayıb qarışığı tökün. 20-30 dəqiqə bişirin. Çıxarmazdan əvvəl soyumasını gözləyin.
 
Çiyələk sousu üçün isə yuyub qurutduğunuz qozları, çiyələk və kərəyağını mikserdə qarışdırın. Qabarmaması üçün ehtiyatlı olun. Sirop ilə vanil əlavə edin, yumşalana  qədər qarışdırın.
 
Şokoladlı keksin üstünə çiyələk sousundan sürtün. Vanilli keksi üzərinə qoyub çiyələk sousu çəkin. Qalan sousu tortun üzərinə və kənarına çəkin. Soyuducuda saxlayıb, sonra süfrəyə verə bilərsiniz.
 
Nuş olsun!

resept: aile.lent.az

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.