Kulinariya

"Meyvəli qəmbər" - FOTO

10 Dekabr 2016 07:00
315 Şərh     Baxış: 7 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Meyvəli qəmbər" desertinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay): 

130 q kərə yağı
250 q un
125 q xama (qatıq)
80 q şəkər tozu
1 ç.q. qabartma tozu
1 çimdik duz
700 q istənilən meyvə və giləmeyvə
2 x.q. balzamik sirkə
5 x.q. şəkər tozu
2 x.q. şəkər pudrası

Tavaya balzamik sirkə töküb 5 x. q. şəkər tozu əlavə edin. Şəkər tozu əriyəndə təmizlənib doğranmış meyvələri əlavə edin. 

10 dəqiqə ağzıbağlı halda bişirin. 

Xəmir üçün unu yağla ovun. Digər ərzağı qatıb yoğurun. 
Təxminən 25 ədəd kündə tutun. 

Meyvəni şirəsi ilə birlikdə formaya tökün. Üstündən bir-birindən azca aralı olmaqla kündələri düzün. 

Üzərinə şəkər pudrası səpin (xırt-xırt olsun deyə). 180-190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. 

Süfrəyə isti-isti, çalınmış qaymaqla verə bilərsiniz.

Nuş olsun! 

resept: recipe.org.ua

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.