Kulinariya

Zəncəfil şəkərləməsi - FOTO

7 Dekabr 2016 07:00
233 Şərh     Baxış: 7 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az zəncəfil şəkərləməsinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

200 q zəncəfil
200 ml su
400 q şəkər tozu (şərbət üçün)
əlavə şəkər tozu (şəkərləmə üçün)

Yaxşı olar ki, iri zəncəfil kökü alasınız. Çoxlu çıxıntıları olanları doğramaq çətin olur. 

Zəncəfili təmizləyib 4-5 sm uzunluqlu nazik, 2-3 mm enində çubuqlara doğrayın. 

20-30 dəqiqə, yumşalınca suda bişirin. Sonra bunları çıxarıb suyuna şəkər tozu tökün, qaynadın. Şərbət qaynayanda zəncəfili yenidən qazana qaytarın, 20-30 dəqiqə, zəncəfil şəffaflaşanadək bişirin. 

Kəfkirin köməyi ilə az-az çıxarın, şirəsi qazana süzüldükdən sonra qaba tökülmüş şəkər tozunun üzərinə yığın, hərtərəfli şəkərə batırın, aralı düzün. 2 saat şəkər tozunun üzərində qurumasını gözləyin. 

Ağzı hermetik bağlanan qabda saxlayın, yoxsa bərkiyər. 

Yerdə qalan şərbəti müxtəlif şirniyyatın hazırlanmasında istifadə edə bilərsiniz - maffinə, blinçiklərə qata, sadəcə çaya əlavə edə bilərsiniz. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.