Kulinariya

Portağallı çörək - FOTO

26 Oktyabr 2016 07:00
46 Şərh     Baxış: 6 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az portağallı çörək desertinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 pay): 

400 q un
50 q + 6 x.q. şəkər tozu
1 paket vanilli şəkər tozu
1 paket quru maya (yaxud 12 q yaş maya)
1/2 ç.q. duz
60 q + 80 q yumşaldılmış kərə yağı
80 ml süd
50 ml su
2 yumurta
2 portağal
150 q kişmiş 
1 ç.q. darçın tozu

qlazur:

125 q şəkər pudrası
2 x.q. su

Un, 50 q şəkər tozu, vanilli şəkər tozu, maya və duzu qarışdırıb yumurta əlavə edin.

60 q kərə yağını zəif odda əridin, südlə su əlavə edib ocaqdan götürün. 

Südlü-yağlı qarışığı unlu qarışığa əlavə edib elastik xəmir yoğurun. 

Xəmir olan qabı 1 saat isti yerdə saxlayın. Həcmi 2 dəfə artmalıdır. 

Portağalları qaynar suda yuyun, sonra qabığını sürtgəcin xırda gözündən keçirin. 

Kişmişi yuyub sedraya əlavə edin, bıçaqla iri doğrayın. 

Gəlmiş xəmiri bir də yoğurub un səpilmiş masada 50x50 sm ölçüdə yayın. 

Xəmirin üzərinə yumşaldılmış kərə yağı çəkin. Kətəkəsən, yaxud iti bıçaqla xəmiri 6 ədəd 8 sm enində şəridə bölün. Sonra eninə beş dəfə kəsin (8x10 sm ölçüdə düzbucaqlılar alınacaq).

Şəkər tozunu darçınla qarışdırıb bu düzbucaqlıların üzərinə səpin. Üzərinə kişmişlə sedra qarışığını bərabər yayın. 

Keks formasını (26x11 sm) yağlayın, un səpin, sonra formanı bir enli kasanın içinə qoyun (çəpəki dayansın deyə). 

Düzbucaqlıları azca eninə və uzununa dartışdıraraq iki qatlayın. Sonra formanın içinə bir dəfə "tikişi" üzüaşağı, o biri dəfə üzüyuxarı olmaqla üst-üstə düzün. Çox basmayın. 

Bütün xəmir parçalarını yerləşdirdikdən sonra formanı düz qoyun. Layları əlinizlə düzəldin. 

Formanı isti yerdə 15 dəqiqə saxlayın. 

175 dərəcə qızdırılmış sobada 30 dəqiqə biqirin. 20 dəqiqə sonra yoxlayın, əgər üzəri çox qızarırsa, folqa çəkin. 
 
Hazır çörəyi çıxarıb şəbəkənin üzərində 10 dəqiqə saxlayın, sonra isə formadan çıxarın. 

Qlazur: şəkər pudrası ilə suyu çalın, çörəyin üzərinə çəkin. Soyudun. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.