Kulinariya

Ərəblərin pomidor dolması

19 Oktyabr 2016 07:00
70 Şərh     Baxış: 10 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ərəb mətbəxindən pomidor dolmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

750 q mal əti qiyməsi
2 kq pomidor 
1 ədəd soğan 
4 çili istiotu
1 x.q. tomat pastası
duz
qara istiot 
zirə (zövqə görə)
bitki yağı 
 
Qiyməni sürtgəcdən keçirilmiş soğan, duz, qara istiot və zirə ilə qarışdırıb yoğurun. Pomidorların üzərində 3 bərabər kəsik edin, dibədək doğramayın, cib kimi alınsın. Qiyməni səliqəylə bu "cib"lərə doldurun. Hazırladığınz pomidorları yağlanmış formaya düzün. Üzərinə istiotları qoyun. Tomat pastasını 1 st. su ilə qarışdırın, pomidorların üzərinə gəzdirin. 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Sonra temperaturu 250 dərəcəyə qədər artırıb daha 10 dəqiqə bişirin. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.