Kulinariya

Almalı madlen

24 Sentyabr 2016 07:00
132 Şərh     Baxış: 4 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az almalı madlenin hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay): 

150 q un
1 ç. q. qabartma tozu
1 ç. q. darçın 
100 q yumşaq kərə yağı
125 q şəkər tozu
2 yumurta
120 q alma püresi 

İç:  1,5-2 almanın cecəyini çıxarıb sobada yumşalınca bişirin. Soyudun. 

Yağı çalın, şəkər tozu əlavə edib bir daha çalın. 

Yumurtaları bir-bir əlavə edin, hər birindən sonra yaxşıca çalın. 

Qaşıqla almanın lətini qabığından ayırın, xəmirə qatın. Əgər alma yaxşı bişib yumşalmayıbsa, blenderdə xırdalayın. 

Un, darçın və qabartma tozu əlavə edib xəmir yoğurun. 

Formaları bitki yağıyla yağlayın. Xəmiri içinə paylaşdırın (ağzınadək doldurmayın). 

Əvvəlcədən 160-180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. 

Sobadan çıxarandan sonra 5-7 dəqiqə formalarda soyudun, sonra formadan çıxarın. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.