Kulinariya

"Provans" salatı - FOTO

28 Avqust 2016 07:00
24 Şərh     Baxış: 2 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az qaraciyər və göbələklə "Provans" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 pay): 

200 q toyuq ciyəri
200 q təzə şampinyon 
kahı
2 x.q. zeytun yağı
təzə reyhan, yaxud qurusu
1 x.q. balzamik sirkə
digər sevdiyiniz göyərti

Ciyəri yuyun, aşsüzənə yığıb suyunun çəkilməsini gözləyin, doğrayın. 
 
Göbələyi də yuyub suyu çəkiləndən sonra doğrayın. 
Qaraciyəri və göbələyi ayrı tavalarda qovurun, duz vurun. Onlar soyuyan müddətdə sous hazırlayın. Bunun üçün zeytun yağı, balzamik sirkə, doğranmış reyhanı (yaxud qurusunu) qarışdırın. 

Kahını iri doğrayıb dərin salat qabına yığın. Üzərinə sous gəzdirin. Göbələk və ciyəri düzün. Yenidən üzərinə sous gəzdirin. Doğranmış göyərti səpin. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.