Kulinariya

Günəbaxan tumu ilə alma piroqu - FOTO

27 Avqust 2016 07:00
13 Şərh     Baxış: 3 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az günəbaxan tumu ilə alma piroqunun hazırlanma qaydasını təqdim edir

 

Tərkibi (6 pay): 

230-250 q un 
200 q kərə yağı
150 q şəkər tozu
3 yumurta
100 q xama
250 q turşməzə, bərk alma (təmizlənmiş) 
1 x.q. limon şirəsi 
1 ç.q. qabartma tozu (yaxud soda)
100 q təmizlənmiş günəbaxan tumu
40 q süd
1 çimdik duz

Almanı təmizləyib qabığını soyub kubik doğrayandan sonra üzərinə limon şirəsi gəzdirin ki, qaralmasın. 

Tumları quru tavada qızılı rəng alanadək qovurun.

Tavaya 20 q yağ qoyun, süd tökün, 70 q şəkər tozu (4 x.q.) əlavə edin, ocağın üstünə qoyun. Qaynara düşüb rəngi qızılıya çalanda tumları töküb qarışdırın. 

Formanın içinə perqament döşəyin. Karamelizə edilmiş tumları üzərinə bərabər yayın. 

İkinci lay almadır, bərabər yayın. 

Xəmir: 180 q otaq temperaturunda olan yağı mikserlə təxminən 1,5 dəqiqə möhkəm çalın. Yumurtaları bir-bir əlavə edin. Hər birindən sonra 1 dəqiqə çalın. Qalan 80 q şəkər tozunu da əlavə edib çalın. 
Xama, duz, unla qarışdırılmış qabartma tozunu əlavə edib qaşıqla səliqəylə qarışdırın.  

Xəmir çox yumşaq alınmalıdır. Onu almaların üzərinə tökün. Sonra formanı saat əqrəbi istiqamətində sürətlə bir neçə dəfə fırladın ki, xəmir daha çox kənarlara yayılıb ortasında çala əmələ gəlsin. Bu halda bişəndən sonra piroqun üzəri hamar olacaq.  

180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Soyudun. 
Əgər piroqun ortası hündür alınıbsa (alma olmayan hissəsi, onu bıçaqla kəsib hamarlayın). 

Soyumuş piroqu qaba tərs çevirib perqamenti çıxarın. Əgər tumlar kağızın üzərində qalıbsa, bıçağın köməyilə qoparıb piroqun üstünə qoyun. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.