Kulinariya

Sorrentina nyokkisi - FOTO

24 Avqust 2016 07:00
20 Şərh     Baxış: 2 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Gnocchi alla Sorrentina - Sorrentina nyokkisinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (4 pay): 

1 kq tezbişən kartof
2 ovuc daş duz
200-300 q un 
1 çimdik muskat cevizi
2 yumurta
1 kq ətli pomidor, yaxud hazır pomidor sousu
2 diş sarımsaq 
1 çimdik oreqano qurusu
300 q motsarella pendiri
100 q parmezan pendiri 
reyhan (bəzək üçün)

Siniyə 2 ovuc daş duz töküb bərabər qaydada yayın. Kartofu üzərinə düzüb 190 dərəcə qızdırılmış sobada 1-1,5 saat bişirin. 

Hazır kartofun qaynar-qaynar qabığını soyun. Sürtgəcin xırda gözündən keçirin. 

Masanın üzərinə un səpin. Kartofu üzərinə qoyun. Yumurta, 1 çimdik duz və muskat cevizi əlavə edib az-az un vuraraq yoğurun. Xəmir yumşaq alınmalıdır, unu çox eləsəniz, nyokkilər rezin kimi alınacaq. 

Xəmiri 1,5 sm qalınlıqda yayın. 2 sm enində şəridlərə doğrayın. Hər bir şəridi əlinizlə yumrulayıb kolbasa formasına salın. 

"Kolbasa"ları çeçələ barmaq böyüklüyündə doğrayın. Əlinizlə silindr forması verin. 

Hazır nyokkiləri qaynayan suya salın, aramla 10-dək sayın (30 saniyə), dərhal sudan çıxarın. 

Formanın dibinə pomidor tökün. Bir lay qaynanmış nyokki döşəyin, üzərinə tomat sousu gəzdirin, doğranmış motsarella və sürtgəcdən keçirilməş parmezan səpin. 

Yenə sous+nyokki+motsarella+parmezan - ərzaq bitənədək növbələyin. Üstdə nyokki və motsarella olmalıdır. 
200 dərəcə qızdırılmış sobada 15 dəqiqə, motsarella əriyənədək bişirin. 

Üzərini reyhan yarpaqlarıyla bəzəyib süfrəyə verin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.