Kulinariya

Limon kurdu ilə dondurma - FOTO

22 Avqust 2016 07:00
11 Şərh     Baxış: 2 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az limon kurdu ilə dondurmanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

4 yumurta
4 orta boy limon
1 st. şəkər tozu (başından azca kəm)
1 paket vanilli şəkər tozu
70 q kərə yağı

Limonu 30 dəqiqə mikrodalğalı sobada bişirin. Əgər belə soba yoxdursa, üzərinə qaynar su tökün. Belədə daha çox şirəsi çıxacaq. İki limonun sedrasını çıxarın. Hamısının şirəsini sıxın. 

Yumurtaları vanil və şəkər tozu ilə çalın. 

Limon şirəsi ilə sedrasını əlavə edib yaxşıca qarışdırın. Əgər sedranı sevmirsinizsə, bu mərhələdə alınan kütləni süzə bilərsiniz.  

Kərə yağı əlavə edib su hamamında qatılaşanadək bişirin. Bu, təxminən 7-10 dəqiqə çəkir. Birbaşa ocağın üzərinə qoymaq məsləhət deyil: yumurtalar dərhal bişəcək, kütlə yanacaq. 

Alınan kurdu bankalara yığıb peçenye, pirojna bişirərkən istifadə etmək olar. Amma dondurub yeyərək sərinləmək də olar. Kremankalara paylaşdırıb səhərədək dondurucuda saxlayın. Süfrəyə verərkən nanə yarpağı ilə bəzəyə bilərsiniz. Belə dondurma adamı susatmır. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.