Kulinariya

Göyərti və sarımsaqla qurudulmuş gavalı - FOTO

21 Avqust 2016 07:00
17 Şərh     Baxış: 5 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az gavalının göyərti və sarımsaqla qurutma qaydasını təqdim edir

Tərkibi: 

1 kq gavalı
kəklikotu
1 çimdik duz
zeytun yağı
5-6 diş sarımsaq 

Sobanı 90-100 dərəcə qızdırın.

Gavalının yuyun, qurudun, uzununa iki yerə bölüb dənəsini çıxarın. 

Gavalıları kəsiyi yuxarı olmaq şərtilə perqament döşənmiş siniyə düzün. Üzərinə nazik fal-fal doğranmış sarımsaq, təzə kəklikotu yarpaqları (oreqano, mərzə, rozmarin də götürə bilərsiniz), iri duz səpin. Üzərinə zeytun yağı gəzdirin. Sobada ən azı 5-6 saat bişirin. 

Hazır gavalının ləti yumşaq, qabığı bürüşmüş olmalıdır, albuxarı kimi.

Qurudulmuş gavalıları qışa saxlamaq istəyirsinizsə, sterilizə edilmiş bankalara basa-basa yığın. Tayqulpa nazik fal-fal doğranmış sarımsaq, doğranmış çili istiotu, göyərti, bitki yağı töküb qaynara düşənədək bişirin. Sonra bu yağı bankadakı gavalıların üzərinə tökün (ağzınadək, hava qalmasın). Bankanın qapağını bağlayıb, soyuq yerdə saxlayın. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.