Kulinariya

Florensiya peçenyesi

29 İyul 2016 07:00
74 Şərh     Baxış: 5 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Florensiya peçenyesinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (40 ədəd):

60 q ərik qurusu
75 q qəhvəyi şəkər tozu
75 q kərə yağı
125 ml qaymaq 
4 x.q. bal
1 x.q. un 
75 q badam yonqarı
75 q bütöv badam
125 q ağ şokolad 
1 ç.q. bitki yağı

Ərikləri xırda doğrayın. Şəkər tozunu kərə yağı, qaymaq və balla birlikdə qazanda qarışdırın. Ocağın üstünə qoyun. Qaynara düşəndə un və əriyi əlavə edib qarışdıraraq 1-2 dəqiqə bişirin, ocaqdan götürüb bütöv badamları əlavə edin. 
Sobanı 160 dərəcə qızdırın. Xəmirdən qaşıqla götürərək perqament döşənmiş siniyə bir-birindən 4  sm aralı olmaqla düzün. Sobada 12 dəqiqə, qızaranadək bişirin. 
Şokoladı su hamamında əridib peçenyelərinə üzərinə çəkin, üzərinə badam yonqarı səpin. Yaxud çəngəllə şokoladın üzərində naxış salın. Qurudun. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.